Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş bəyan edib.
Onun sözlərinə görə, kütləvi məhvetmə silahları olduqca, insani və ya mexaniki səhv, yaxud elektron nöqsan bütün insanlığı məhv edə bilər.
“Silahsızlaşma şiddətin qarşısını almağa və onu sonlandırmağa kömək olur. Silahsızlaşma davamlı inkişafa səbəb olur. Silahsızlaşma bizim dəyər və prinsiplərimizə uyğundur”, - deyə Quterreş bildirib.
Ağalar Qəribov
Ordu.az