Ordu.az Belarus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Son illərdə baş verən münaqişələr yalnız bizim dünyada vəziyyətin pisləşməsi barədə ehtimallarımızı təsdiq edir. Bunun günahı isə təhlükəsizliyin qarantı olmaları lazım olan böyük güc dövlətlərinin bunun əksinə olaraq vəziyyəti gərginləşdirmələri, əsas məsələlər üzrə vahid qənaətlərə gələ bilməmələridir”, - deyə Lukaşenko bildirib.
O qeyd edib ki, güc dövlətləri bir tərəfdən müasir təhlükəsizliyin memarlığını qorumaqdan bəhs etdikləri halda, digər tərəfdən BMT Təhlükəsizlik Şurasında vetonu keçmək üçün cəhd saxlamırlar.
“Bu gün dünya ölkələrinin 1/3-i bu və ya digər şəkildə döyüş fəaliyyətini cəlb edilib. Artıq bu göstərici İkinci Dünya Müharibəsində iştirak edən dövlətlərin sayından çoxdur”, - deyə Belarus prezidenti vurğulayıb.
Ağalar Qəribov
Ordu.az