XAO raket əsaslı kosmik müdaxilələrə qarşı gücünü artırır

2018/05/345_1527167588.jpg
Oxunub: 1444     00:21     25 May 2018    
Çinin “BeiDou” Naviqasiya Peyk Sistemi üçün nəzərdə tutulan raketlə daşınan müdaxilə əleyhinə antenaları tezliklə Xalq Azadlıq ordusuna çatdırılacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müdafiə texnologiyası firması “Beijing Li Gong Navigation Technology” korporasiyasının mətbuat katibi Cin Zongşu bildirib.

O bu barədə 9-cu Çin Peyk Naviqasiyası sərgisində iştirak edərkən “Global Times”a verdiyi müsahibəsində danışıb. Onun sözlərinə görə, yerli istehsa edilən müdaxilə əleyhinə antenalar XAO-nun düşmən müdaxilələrinə qarşı müqavimətini gücləndirəcək.

Antena XAO-nun bir vatt gücündəki müdaxilə cihazlarını 100 metr daxilində dəqiqliklə aşkarlamasına imkan verəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XAO   Kosmik-müdaxilə  


Bizi "telegram"da izləyin