Ukrayna ASELSAN-ın raket kompleksini sınaqdan keçirib

2018/05/345_1527166844.jpg
Oxunub: 2362     20:59     24 May 2018    
Ukraynada Türkiyənin ASELSAN konserninin raket sistemi uğurla sınaqdan keçirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ASELSAN məlumat yayıb.

Məlumata görə, raketlərin atışının həyata keçirilməsi sistemi Kiyevdə yerləşən “Luç” konstruktor bürosunda istehsal edilən “Skif” tank əleyhinə raket kompleksinə inteqrasiya edilib.

Yeni sistem üzərində işlər 6 ay müddətində davam edib və o, iki sınaqdan uğurla keçib. Sınaqlar çərçivəsində idarəolunan raketlərin 5 kilometrədək məsafədə olan hədəflərə zərbələri həyata keçirilib.

Qeyd edək ki, ASELSAN-ın hazırladığı sistem ABŞ, Böyük Britaniya, Ukrayna və Rusiya istehsalı olan raktlərin atışının həyata keçirilməsi təyinatlıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ASELSAN  


Bizi "telegram"da izləyin