Malayziya təyyarəsini Rusiya vurub? - İDDİA

2018/05/456_1527157765.png
Oxunub: 2676     14:28     24 May 2018    
2014-cü ildə Ukraynanın şərqində qəzaya uğrayan Malayziya hava yollarına məxsus “Boeing 777” təyyarəsi Rusiya tərəfindən vurulub.

Ordu.az BBC-ə istinadən xəbər verir ki, hadisədən sonra onun səbəblərini üzə çıxarılması üçün formalaşdırılan beynəlxalq təhqiqat qrupu bütün araşdırmalardan sonra bu nəticəyə gəldiklərini açıqlayıblar.

Niderlandın rəhbərlik etdiyi və Belçika, Avstraliya, Malayziya, Ukraynadan təhqiqatçıların olduğu komanda bildirib ki, Rusiyanın Kursk şəhərində yerləşdirilmiş briqada təyyarəni “Buk” raketi ilə hədəf alıb. Lakin Rusiya bu iddianı təkzib edərək, hadisədə heç bir silahının istifadə edilmədiyini bildirir.

“Biz onların dediklərini həqiqət kimi qəbul edə bilmərik. Əminəm ki, siz heç bir sübut görməmisiniz”, - deyə Kremlin sözçüsü Dmitri Peskov qeyd edib.

Xatırladaq ki, 2014-cü ilin Amsterdamdan Kuala Lumpura uçan təyyarədə hadisə zamanı olan 298 nəfərin hamısı həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Donbas   Malayziya   Buk  

Xəbər lenti

Malayziya təyyarəsini Rusiya vurub? - İDDİA

2018/05/456_1527157765.png
Oxunub: 2677     14:28     24 May 2018    