KTMT 2019-cu ildə “Eşelon” hərbi təlimini keçirəcək

2018/05/14535345345_1511182060_1527155013.jpg
Oxunub: 2296     17:34     24 May 2018    
“KTMT müdafiə nazirləri növbəti il “Eşelon-2019” hərbi təliminin keçirilməsi barədə razılığa gəliblər”.

Ordu.az Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə KTMT Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bəyan edib.

“Biz xüsusi təlimlərə kollektiv qüvvələrin qoşunlarının maddi-texniki təminat vasitələri ilə təchizatını da daxil edəcəyik. Təlimlərin adını hər kəs dəstəklədi – “Eşelon-2019””, - deyə Sidorov bildirib.

O qeyd edib ki, KTMT Müdafiə Nazirləri Şurası iclasının yekunu olaraq birgə idarəetmə qüvvələri, kollektiov təhlükəsizlik vasitə və qüvvələrinin 2019-cu ilə hazırlığına dair plan imzalanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Eşelon-2019  


Bizi "telegram"da izləyin