Pentaqon Suriya ordusunun atəşə tutulması ilə bağlı məlumatı təsdiqləməyib

2018/05/56756756_1527144195.jpg
Oxunub: 4150     14:42     24 May 2018    
“ABŞ Müdafiə Nazirliyi beynəlxalq koalisiyanın Suriya ordusunun mövqelərini atəşə tutması barədə hər hansı məlumata sahib deyil”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi, mayor Edrian Renkayn-Hellouey bəyan edib.

“Bizə “Reuters” və digər KİV-lərin Suriya ordusunun mövqelərini atəşə tutmağımız barədə hər hansı məlumat yoxdur”, - deyə Renkayn-Hellouey bildirib.

Qeyd edək ki, daha öncə “Reuters” nəşri ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya ordusunun mövqelərinə hücum etməsi barədə məlumat yayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Suriya  


Bizi "telegram"da izləyin