Ukrayna Donbasda gənc snayper itirib - FOTOLAR

2018/05/2_3054287626.jpg
Oxunub: 3668     14:35     24 May 2018    
Ukraynanın Donetsk vilayətinin atəşə tutulması nəticəsində 22 yaşlı Boqdan Kolomiets həlak olub.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə “Sağ qayıt” fondu məlumat yayıb.

“Donbasda – Zaytsevo qəsəbəsi yaxınlığında 22 yaşlı Boqdan Kolomiets həlak olub. O, 24-cü snayper briqadasının 2-ci bölməsinin komandiri idi”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, separatçıların atəşi nəticəsində Kolomiets başı, əli və sinəsindən yaralanıb. Yaralar ölümcül olub və əsgər yerindəcə keçinib.

Boqdan Vinnitsa vilayətinin Luka-Meleşkovskaya kəndində anadan olub və orada böyüyüb. O, Vinnitsa Texnoloji Universitetində təhsil alıb.

Həlak olanın valiydeynləri, bacısı və nənə-babası qalıb.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin