Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin bəyan edib.
“İclasda 13 məsələyə baxılacaq. Onlardan ən vacibi KTMT-nin məsuliyyət zonasında kollektiv təhlükəsizlik təhdid və çağırışları olacaq. O cümlədən beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizə müzakirə ediləcək”, - deyə Anoşin bildirib.
O qeyd edib ki, tərəflərin KTMT dövlətlərinin hərbi kadrlarının birgə hazırlıq planını imzalamaları da gözlənilir.
Ağalar Qəribov
Ordu.az