Donbasda gərginlik davam edir: 2 yaralı

2018/05/2318-Donbas-Ukrayna_1527140346.jpg
Oxunub: 1961     13:33     24 May 2018    
Ötən gün ərzində Ukraynanın şərqində - Donbasda gərginlik davam edib.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, ümumilikdə gün ərzində atəşkəs 38 dəfə pozulub, nəticədə Ukrayna Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb. Atəşkəsin pozulduğu 8 halda minaatanlardan istifadə edilib.

Xüsusilə Troitsk, Zaytsev, Şaxta Butovka, Qranitnoye, Opıtnoye və Pavlopol yaşayış məntəqələri ərazisində ciddi gərginlik yaşanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   BQƏ  


Bizi "telegram"da izləyin