Cənubi Koreya KXDR-ə danışıqları yeniləməyi təklif etməyə hazırlaşır

2018/05/2317_1527139277.jpg
Oxunub: 3002     13:14     24 May 2018    
Cənubi Koreya KXDR nümayəndələri ilə yüksək səviyyədə danışıqların yenilənməsi imkanını nəzərdən keçirir.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin administrasiyasından olan mənbələr məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya tərəfi yaxın zamanlarda KXDR-ə Pxenyanın Seulla Vaşinqtonun birgə hərbi təlimləri səbəbilə dayandırdığı dialoqun davam etdirilməsi təklifini irəli sürməyə hazırlaşır.

Qeyd edilir ki, Koreya yarımadasında sülh və təhlükəsizliyə nail olmaq üçün Pxenyanla yüksək səviyyədə dialoqun aparılması zəruridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin