Pompeo: "ABŞ Türkiyənin S-400-lər almasını istəmir"

2018/05/e24ce85c0555429583bcc0951ca28c76_18_1527101666.jpg
Oxunub: 1997     02:58     24 May 2018    
"Ankara NATO-da qalmalıdır, lakin fəaliyyəti Alyansın niyyətləri ilə uyuşmalıdır".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.

"ABŞ prezidenti Donald Trampın administrasiyası Türkiyənin Rusiyadan S-400 zenit raket komplekslərini almasından imtina etməsinə nail olmaq üçün tədbirlər görməyə davam edir", - deyə Pompeo bildirib.

O qeyd edib ki, ABŞ hökuməti Türkiyənin heç vaxt Rusiyadan S-400 zenit raket kompleksləri almayacağına ümidvardır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   S-400  


Bizi "telegram"da izləyin