Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin bəyan edib.
“Nikolay Platonoviç görüşdə iştirak edərək qeyd edib ki, 2018-ci ildə Qazaxıstan KTMT-yə sədrlik edir. Görüş çərçivəsində KTMT-nin 2018-ci ildəki işinin prioritetləri, terrorizm, ekstremizm və informasiya təhlükəsizliyi təhdidlərinə qarşı mübarizə müzakirə edilib”, - deyə Anoşun bildirib.
Öz növbəsində iclasda çıxış edən Nazarbayev qeyd edib ki, KTMT orqanları xeyli sayda məsələlər, o cümlədən hərbi sahədə çoxtərəfli əməkdaşlıq, beynəlxalq terrorizmlə, qanunsuz narkotik ticarəti, qanunsuz miqrasiya ilə mübarizə aparacaq, informasiya siyasətinin koordinasiyasına yanaşmalar hazırlayacaqlar.
Ağalar Qəribov
Ordu.az