Yarmuk düşərgəsində Suriya bayrağı dalğalandırılıb - FOTO

2018/05/16488485_1527073309.jpg
Oxunub: 3390     19:01     23 May 2018    
Suriya hökumət qüvvələri Dəməşqin cənubundakı Həcər əl-Əsvəd və Yarmuk düşərgəsinə daxil olaraq dövlət bayrağını dalğalandırmağa nail olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə SANA-nın bölgədəki müxbiri məlumat yayıb.

Müxbirin sözlərinə görə, hökumət qüvvələri artıq azad edilmiş bölgələrdə təhlükəsizliyi qoruma məsələsini daxili təhlükəsizlik qüvvələrinə ötürüb. Eyni zamanda ordunun mühəndis bölükləri bu ərazilərdə təmizləmə işlərinə başlayıb.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dəməşq   Yarmuk  


Bizi "telegram"da izləyin