Donbasda döyüşlər davam edir: 1 ölü, 3 yaralı

2018/05/903337_900(1)645_1526888869_1527056773.jpg
Oxunub: 4577     14:25     23 May 2018    
Ukraynanın şərqində - Donbasda vəziyyət xüsusilə gərginləşib və tərəflər aktiv döyüş fəaliyyəti aparırlar.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən gün atəşkəs ümumilikdə 49 dəfə pozulub və bunun nəticəsi olaraq Ukrayna ordusunun bir əsgəri həlak olub, daha 3 hərbi qulluqçu isə yaralanıb.

Xüsusilə Maysk, Qarlovka, Zaytsev, Yujnoye istiqamətlərində aktiv döyüşlər gedib. Separatçılar 13 dəfə 152 və 122 millimetrlik artilleriya, 120 və 82 millimetrlik minaatanlardan istifadə ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin