Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

2018/05/234234_1527055606.jpg
Oxunub: 1931     14:05     23 May 2018    
“Rusiya Müdafiə Naziri Sergey Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Astanaya gedib”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Rossiyana Markovskaya bəyan edib.

“Rusiya müdafiə naziri Sergey Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Astanaya gedib. Qazaxıstan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistanın müdafiə nazirləri görüşdə kollektiv təhlükəsizlik qüvvə və vasitələri sistemlərinin idarə edilməsi və formalaşdırılmasına hazırlıq, həmçinin kollektiv qüvvələrin idarə edilməsinin təkmilləşdirilməsini müzakirə edəcəklər”, - deyə Markovskaya bildirib.

O qeyd edib ki, iclasda KTMT üzvlərinin siyasət, təhlükəsizlik və müdafiə məsələləri üzrə kadrlarının birgə hazırlığı məsələsi də müzakirə olunacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   KTMT  


Bizi "telegram"da izləyin