Rusiya XİN: ABŞ İrana qarşı cavab tədbirlərini yenidən nəzərdən keçirir

2018/05/434535_1527053850.jpg
Oxunub: 1709     13:36     23 May 2018    
“ABŞ terrorizmlə mübarizə xətti üzrə İrana qarşı cavab tədbirlərini yenidən tətbiq etməyə çalışır”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırış və Təhdid Məsələləri Şöbəsinin rəhbər müavini Dmitri Feoktistov bəyan edib.

O qeyd edib ki, İran artıq 10 ildən çoxdur ki, Pulların Yuyulmasıyla Mübarizə üzrə Maliyyə Tədbirlərinin Hazırlanması Qrupunun (Financial Action Task Force - FATF) qara siyahısındadır, lakin Tehran 2016-cı ildə nüvə məsələləri ilə bağlı problemləri aradan qaldıracağını bəyan etdikdə, FATF bu tədbirləri azaldıb.

“KXDR də İran kimi FATF-ın qara siyahısındadır. İndi isə ABŞ əvvəlcə təşkilatın İranı, daha sonra isə keçiriləcək danışıqlarda müsbət nəticə əldə edilməzsə, KXDR-in qara siyahıya əlavə edilməsinə çalışacaq”, - deyə Feoktistov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İran   Sanksiya  


Bizi "telegram"da izləyin