Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat yayıb.
“Nəhayət ki, həmin gün gəldi. Bu gün, mayın 22-də Ukrayna “Javelin” tank əleyhinə rake sisteminin ilk sınağını həyata keçirdi. Arıq əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin raket qoşunlarının, artilleriya bölüklərinin effektliyi əhəmiyyətli şəkildə artıb”, -deyə prezident qeyd edib.
O, həmin sistemləri idarə edəcək hərbi qulluqçuların da zəruri təlimləri başa vurduqlarını və artıq “Javelin”ləri istifadə eməyə hazır olduqlarını bildirib.
Ağalar Ağalarlı
Ordu.az