Rusiyanın yeni nüvə imkanlı qanadlı raketinin sınağı uğursuz olub

2018/05/33146704_2544118145814338_5439278022538559488_n_1527011258.jpg
Oxunub: 4324     01:55     23 May 2018    
Rusiya prezidenti Vladimir Putinin limitsiz mənzilə malik olduğunu iddia etdiyi raket çoxsaylı sınaqlar zamanı uğursuzluğa düçar olub.

Ordu.az CNBC-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatından olan adı çəkilməyən mənbələr bildirib.

Mənbələrin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin “Burevestnik” adlandırdığı raket noyabr və fevral aylar arasında dörd dəfə sınaqdan keçirilib və hər dəfəsində uğursuz olub.

Silahın ən qısa və ən uzun sınaq uçuşu uyğun olaraq 4 saniyə və 2 dəqiqə davam edib. Bu müddət ərzində raket 22 mil uça bilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Burevestnik   Putin  


Bizi "telegram"da izləyin