Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ön cəbhədə vuruşan könüllü Yuri Misyagin özünün “Facebook” hesabında yazıb.
“Birgə Qüvvələr Əməliyyatı ərazisi daxilində Silahlı Qüvvələrin briqadalarından birinin nəzdindəki piyada batalyonu separatçıların kəsilməyən atəşlərindən sonra hücuma keçərək ön cəbhədəki mövqelərini möhkəmlədib. Batalyon 2 kilometrdən də çox irəliləyərək yeni mövqelər qurub. Bu həm də ön xətdə taktiki üstünlük qazandırıb”, -deyə Misyagin yazıb.
Onun sözlərinə görə, həmin istiqamətdə bununla hər şey kökündən dəyişib və artıq həyati təhlükə riski separatçılar üçün mövcuddur.
Misyagin əlavə olaraq, heç bir pozuntunun olmadığını, bütün bunların Minsk sazişinə uyğun olduğunu bildirib.
Ağalar Ağalarlı
Ordu.az