Kreml Tehranın ABŞ şərtlərini qiymətləndirməsini gözləyir

2018/05/567_1526992531.jpg
Oxunub: 3605     20:34     22 May 2018    
“Kreml Tehranın ABŞ-ın yeni nüvə müqaviləsinə dair hansı şərtləri irəli sürəcəyini gözləyir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

“Tehranın Pompeonun irəli sürdüyü 12 bəndi necə qiymətləndirdiyi daha vacibdir. Həm Kreml, həm Tehran, həm də müvafiq Avropa ölkələri özlərinin İranın nüvə müqaviləsini sadiq olduqlarını və bundan sonra da sadiqliklərini saxlayacaqlarını açıqlayıblar”, - deyə Peskov bildirib.

O qeyd edib ki, həm Moskva, həm də Avropa ölkələri ABŞ-dan fərqli olaraq İranın Hərtərəfli Birgə Fəaliyyət Planına sadiq qalacağını gözləyirdi və mahiyyət etibarilə ABŞ bütün mənfi və neqativ nəticələrdən bəhs etdiyi halda müqaviləni tərk edən yeganə ölkə oldu.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Tehran  


Bizi "telegram"da izləyin