Rusiya MN: Terrorçular Əfqanıstandan Mərkəzi Asiyaya doğru hərəkət edə bilər

2018/05/119459356_1526986631.jpg
Oxunub: 3478     18:56     22 May 2018    
“Əfqanıstandakı vəziyyətdə stabilliyə doğru heç bir irəliləyişin əldə edilməməsi terrorçu qrupların qonşu dövlətlərə də yayılmasını mümkün edir”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Müdafiə naziri Sergey Şoyqu səsləndirib.

Özbəkistanlı həmkarı Əbdüsəlim Əzizovla görüşən Şoyqu Əfqanıstandakı vəziyyətdə yaxşıya doğru heç bir irəliləyişin əldə edilmədiyini qeyd edib. Onun sözlərinə görə, Suriyanı tərk edən terrorçu qruplar Əfqanıstana gedir. Onların burdan isə Mərkəzi Asiya ölkələrinə keçməsinin mümkünlüyünü dilə gətirən Şoyqu bu dövlətlərin silahlı qüvvələrinin bu təhdidlərə qarşı hazır olmalı olduğunu vurğulayıb.

O bildirib ki, bu mənada Rusiya və Özbəkistan arasındakı hərbi əməkdaşlıq təmamilə məxsusi və çox əhəmiyyətlidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Mərkəzi-Asiya   Terror  


Bizi "telegram"da izləyin