Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu bardə hərbi jurnalist Semyon Peqov öz “Twitter” hesabında məlumat yerləşdirib.
“Suriyadakı terrorçuların analoqu kimi Ukraynada da ABŞ bayrağının yüksəldilməsi heyətdə amerikalı təlimatçıların olması anlamına gələ bilər”, - deyə Peqov yazıb.
O qeyd edib ki, separatçılarla Ukrayna qoşunları arasında gərginliyin artdığı bir zamanda ABŞ bayrağının qaldırılması həm də qarşı tərəfə psixoloji təzyiq göstərmək üsulu ola bilər.
Ağalar Qəribov
Ordu.az