NATO Rusiyanın çəkindirilməsi üçün alman “hərbi bədheybət”ini oyadıb

2018/05/2282-Leopard-2_1526972473.jpeg
Oxunub: 4253     14:57     22 May 2018    
Almaniya Rusiyanın çəkindirilməsi üçün “Leopard 2” tankını A7V modifikasiyasında yenidən bərpa edib.

Ordu.az “Die Welt” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Dəmir pərdə”nin hücumundan sonra Almaniyada “Leopard 2”lərin SSRİ-yə məğlub olması barədə fikir var idi, lakin Rusiya ilə əlaqələrin pisləşməsi fonunda tanklar öncəki şöhrəti bərpa etməyə çalışır.

“Leopard 2 A7” 60 ton çəkiyə malikdir və surətini 70 kilometr/saatadək artırmağa qadirdir. Tankın əsas üstünlüyü panorama müşahidəsinə şərait yaradan periskopdur. Onu həm istilik, həm də gecə görüntüsündə istifadə etmək mümkündür. Həmçinin tanka mərminin traektoriyasını idarə etmək və izləməyə imkan verən elektron avadanlıqlar quraşdırılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Almaniya   Leopard-2  


Bizi "telegram"da izləyin