“KXDR-i Liviyanın taleyi gözləyir” - Pens

2018/05/234234_1526966947.jpg
Oxunub: 3856     13:28     22 May 2018    
“Əgər Pxenyan nüvə silahından imtina etməsə, KXDR-i Liviyanın taleyi gözləyir”.

Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.

“Donald Trampla oynadığını düşünmək Kim Çen In üçün böyük səhv olar. Əgər Pxenyan nüvə silahından imtina etməsə, KXDR-i Liviya və Müəmmar Qəddafinin taleyi gözləyə bilər”, - deyə Pens bildirib.

O qeyd edib ki, daha öncə ABŞ prezidenti Donald Trampın da KXDR-ə münasibətdə bu ifadələri işlətməsi təhdid yox, sadəcə faktdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pens   KXDR-Liviya  


Bizi "telegram"da izləyin