Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyi məlumat yayıb.
“Cənubi Koreya hakimiyyəti Pxanmundcomdakı əlaqə kanalları vasitəsilə KXDR-ə Pxungeridəki nüvə poliqonunun demontajını işıqlandırmaq üçün jurnalistlərə icazə verilməsi ilə bağlı məlumat verdi, lakin Şimali Koreya buna razılaşmadı”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha öncə Pxenyan 4 nəfər Cənubi Koreya müxbirini nüvə poliqonun bağlanmasını işıqlandırmağa dəvət edib.
Ağalar Qəribov
Ordu.az