İsrail təyyarələri Suriya-Livan sərhədində uçuşlarını artırıb

2018/05/48474_1526721240.jpg
Oxunub: 2098     17:13     19 May 2018    
İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Suriya-Livan sərhədində uçuşlarını yenidən artırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya ordusuna yaxın mənbələr bildirib.

İsrail təyyarələri Livanın paytaxtı Beyrut səmasında da müşahidə olunub. Xüsusi bir akt baş verməyib. Məlumata görə, İsrail yeni hücumun baş verməsi təhlükəsinə qarşı hazır olmağa çalışır.

Xatırladaq ki, iki həftə öncə İranın raket hücumuna cavab verən İsrail Suriyaya 1973-cü ildən keçən müddət ərzindəki ən geniş miqyaslı hücumunu həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Israil   Suriya   Livan  


Bizi "telegram"da izləyin