ABŞ və Cənubi Koreya KXDR görə hərbi təlimləri dayandırıb

2018/05/2231_1526710262.jpg
Oxunub: 2027     14:12     19 May 2018    
ABŞ və Cənubi Koreya Pxenyanın narazılığına görə, hərbi hava manevrlərini dayandırıb.

Ordu.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən olan mənbələr məlumat yayıb.

Məlumata görə, manevrlərin dayandırılması təşəbbüsü ilə Seul çıxış edib. Cənubi Koreya rəhbərliyi təlimlərin Koreya yarımadasında və ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü ərəfəsində gərginliyi artıra biləcəyi ilə əlaqədar olaraq dayandırılmasını daha məqsədəuyğun hesab etdiyini açıqlayıb.

Qeyd edək ki, daha öncə KXDR rəhbərliyi məhz ABŞ və Cənubi Koreya arasında keçirilən təlimlər səbəbilə mayın 16-da yüksək səviyyədə keçirilməli olan sammitdən imtina edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   KXDR  


Bizi "telegram"da izləyin