Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bəyan edib.
O, bu barədə Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüş çərçivəsində bildirib.
“Almaniya Suriyadakı siyasi tənzimlənmə prosesində aktiv şəkildə iştirak etməyə hazırdır. Ölkədə terrorizmlə mübarizə artıq sona çatmaq üzrədir, hərbi yardımdan bəhs etmək məntiqli olmaz, lakin bundan sonrakı mərhələlərdə Berlin Suriyadakı prosesdə iştirak etməyin əleyhinə deyil”, - deyə Merkel vurğulayıb.
Ağalar Qəribov
Ordu.az