Tramp yenidən Almaniyanın müdafiə xərclərini hədəf alıb

2018/05/5345_1526629014.jpg
Oxunub: 451     11:35     18 May 2018    
Müdafiə xərcləri hədəfini qarşılaya bilməyən NATO üzvləri, məsələn Almaniyanın müzakirə ediləcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə NATO Baş katibi Yens Stoltenberqlə görüşündə danışıb.

“Almaniya alyansa töhfə verməli olduğu qədər vermir və bunun əksinə olaraq onun üstünlüklərindən çox yararlanır. Xüsusilə Almaniya özünün müdafiə xərclərində uzun müddətdir davam edən çatışmazlıqları aradan qaldıraraq alyans daxilində liderliyini nümayiş etdirməlidir”, - deyə Tramp bildirib.

Stoltenberq Trampın təzyiqlərinin işə yaradağını qeyd edib. Onun sözlərinə görə, artıq bütün alyans üzvləri müdafiə xərclərini artırır və heç bir üzvdə büdcənin azaldılması halı yoxdur.

Qeyd edək ki, 2014-cü ildə NATO-nun bütün 29 üzvü 2024-cü ilə qədər milli müdafiə büdcəsinin ÜDM-nin 2%-ə çatdırılmasına razılaşıb. Bu vaxta qədər Birləşmiş Ştatlarla yanaşı, Polşa, Rumıniya, Estoniya, Latviya, Litva, Yunanıstan və Birləşmiş Krallıq bu tələbi qarşılamağa nail olub.

Ötən il Almaniyanın müdafiə büdcəsi ÜDM-nin 1,2%-ə bərabər olub. 2018-ci ilin müdafiə büdcəsində isə bu rəqəm 1,3%-ə çatdırılıb. Hərbi xərclərdəki artıma baxmayaraq bu, Berlinin iqtisadi böyüməsinə münasibətdə az qalır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Almaniya   Müdafiə-büdcəsi   NATO  

Xəbər lenti

Tramp yenidən Almaniyanın müdafiə xərclərini hədəf alıb

2018/05/5345_1526629014.jpg
Oxunub: 452     11:35     18 May 2018    