Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Əməliyyat nəticəsində zərərsizləşdirilən şəxs Salman Badeni “Ləşkər-e-Cənqvi” terror təşkilatının regional rəhbəri olub.
Əməliyyat zamanı ondan əlavə olaraq iki kamikadze məhv edilib, bir terrorçu isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az