“İŞİD hələ də Avropanı təhdid edir” – MI5 rəhbəri

2018/05/789156156_1526281786.jpg
Oxunub: 3250     15:11     14 May 2018    
“İŞİD terror təşkilatı Yaxın Şərqdə ərazilərini itirdikdən sonra Avropada daha kompleks və dağıdıcı hücumlar həyata keçirməyi planlaşdırır”.

Ordu.az BBC-ə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Krallığın kəşfiyyat orqanı MI5-in Baş katibi Andrü Parker bildirəcək.

Almaniyanın paytaxtı Berlində baş tutacaq Avropa təhlükəsizlik orqanları rəhbərlərinin görüşündə çıxış edəcək Parker İŞİD təhdidi barəsində əhatəli hesabat təqdim edəcək.

MI5-in mətbuat xidmətinin məlumatına görə, o 2017-ci ildə “Westminster”ə hücumdan keçən müddət ərzində təkcə Britaniyada 12 terror hücumunun dayandırıldığını bildirəcək.

Parker Avropadakı kəşfiyyat orqanlarının özlərində olan məlumatları bir-birilə paylaşmasının əhəmiyyətinə də toxunacaq və bu orqanlar arasındakı əməkdaşlığın gücləndirilməsinə çağıracaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Britaniya   MI5  


Bizi "telegram"da izləyin