Si Tsinpin Kim Çen Inla görüşüb

2018/05/1949_1525778541.jpg
Oxunub: 1961     19:18     08 May 2018    
Çin lideri Si Tsinpin KXDR lideri Kim Çen Inla Çinin Dalyan şəhərində görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Çinin “Xinhua” nəşri məlumat yayıb.

“Mayın 7-8-də Çin Kommunist Partiyasının baş katibi, Çin Xalq Respublikasının sədri Si Tsinpin KXDR Dövlət Şurasının sədri, Koreya Əmək Partiyasının sədri Kim Çen Inla Çinin Dalyan şəhərində danışıqlar keçirib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, görüşün əsas mövzularının Koreya yarımadasının nüvəsizləşdirilməsi və ABŞ prezidenti Donald Trampla Kim Çen In arasında baş tutması planlaşdırılan görüş olduğu təxmin edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   KXDR   Si-Tsinpin   Kim-Çen-In  


Bizi "telegram"da izləyin