Ordu.az “Ukrainfrom” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.
“Donbasda hərbi münaqişənin başladığı andan etibarən Ukrayna 3 mindən çox hərbçi itirib. Döyüş itkiləri 2394 nəfərdir, qeyri-döyüş itkiləri isə 938 nəfər təşkil edir”, - deyə Poltorak bildirib.
O qeyd edib ki, orduda qeyri-döyüş itkilərinin əsas hissəsini yol qəzaları və alkoqollu içkilərdən aşırı istifadə ilə bağlı hallar təşkil edir.
Ağalar Qəribov
Ordu.az