Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada fəaliyyət göstərən Münaqişə Edən Tərəflərin Barışığı Mərkəzinin rəhbəri, general-mayor Yuri Yevtuşenko bəyan edib.
“Hazırda bu məqsədin həyata keçirilməsi üçün Ər-Rəstan yaşayış məntəqəsi ərazisində humanitar dəhliz yaradılıb”, - deyə Yevtuşenko bildirib.
O qeyd edib ki, döyüşçülər çıxmazdan öncə 2 ədəd zirehli texnika, 44 ədəd müxtəlif tip silah və döyüş sursatlarını Suriya ordusuna təhvil veriblər.
Ağalar Qəribov
Ordu.az