ABŞ-dan Ukraynaya hərbi yardım - 250 milyon

2018/05/45645_1525767091.jpg
Oxunub: 3091     16:10     08 May 2018    
ABŞ Konqresi yeni dövlət büdcəsində Ukraynaya ölümcül silahların təchizatı üçün artıq 250 milyon dollar vəsait ayırıb.

Ordu.az “Ukrainform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

“ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi “2019-cu ildə milli müdafiə ehtiyacları üçün ABŞ büdcəsi barədə” qanun layihəsini təqdim edib. Ukraynaya müdafiə sahəsində ayrılan məbləğin 250 milyon dollar təşkil edəcəyi bildirilir, bu isə 2018-ci il üçün Ukraynaya ayrılandan 150 milyon daha çoxdur”, - deyə məlumatda bildirilir.

250 milyon dolların 50 milyon yalnız müdafiə xarakterli ölümcül silahların təchizatı üçün veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Ölümcül-silahlar  


Bizi "telegram"da izləyin