İrəvan şəhər meydanına xüsusi zirehli texnikalar cəmləşdirilir - VİDEO
Oxunub: 4392
16:08
25 Aprel 2018
Ermənistan polisinin xüsusi zirehli texnikaları İrəvan şəhər meydanına doğru cəmləşdirilir.
Ordu.az "Joğovurd" nəşrinə istinadən xəbər verir ki, hazırda Ermənistan bələdiyyə binasının yaxınlığındakı ərazidə polis qüvvələri cəmləşdirilir.
Kadrlarda İrəvanın şəhərdaxili avtobuslarının polislərin daşınmasına xidmət etdiyi və mərkəzi meydana doğru zirehli texnikaların hərəkət etdiyi görüntülənib.
Xatırladaq ki, hazırda Ermənistanda etiraz aksiyaları yenidən başlayıb və etirazçılar Respublika meydanında doğru hərəkət edirlər.