Ermənistan BQ rəisi etirazçı hərbçilərlə görüşəcək

2018/04/564646_1524566897_1524643154.jpg
Oxunub: 4358     15:57     25 Aprel 2018    
Ermənistan baş qərargah rəisi nümayişlərə qoşulan hərbi qulluqçularla görüşəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan baş qərargah rəisi Movses Hakopyan, aprelin 23-də Serj Sarkisyanın baş nazir olmasına qarşı keçirilən nümayişlərdə iştirak etmiş hərbi qulluqçularla görüşəcək.

Məlumata görə hazırda hərbi qulluqçular Hakopyanı gözləyir, daha sonra nə olacağı məlum deyil.

Xatırladaq ki, Ermənistan müdafiə naziri Vigen Sarkisyan həmin hərbi qulluqçuların mütləq cinayət məsuliyyətinə cəlb ediləcəkləri barədə bəyanat vermişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz   Hərbçilər  


Bizi "telegram"da izləyin