Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vigen Sarkisyan bəyan edib.
O, bu barədə onlayn mətbuat konfransında jurnalistlərdən birinin fövqəladə vəziyyət elan ediləcəyi təqdirdə ordunun martın 1-də olduğu kimi müdaxilə edib-etməməsi barədə suala cavab verərkən bildirib.
“Ermənistan qanunvericiliyi aydın şəkildə ordunun daxili məsələlərə müdaxiləsini tənzimləyir. Bu yalnız fövqəladə vəziyyət halında ola bilər, lakin belə olduqda belə ordu öz funksiya və səlahiyyətləri barədə qəti müəyyənləşdirmələr alacaq”, - deyə Sarkisyan açıqlayıb.
Ağalar Qəribov
Ordu.az