Ermənistan müdafiə naziri gənclərin döyülməsini alqışlayır

2018/04/Vigen34535_1524306572.jpg
Oxunub: 1420     18:54     21 Aprel 2018    
Ermənistan müdafiə naziri Vigen Sarkisyanın müxalifətə göstəriş vermək, polisi alqışlamaq və küçələrdə hərəkətdə olan insanlara qırmızı xətt səddi təyin etməklə daxili siyasətlə də məşğul ola biləcəyi ehtimal edilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Vigen Sarkisyan müdafiə naziri vəzifəsinə yenidən təyin olunduqdan sonra ilk olaraq ictimai televiziyada baş nazir Sarkisyanı və polisi alqışlayan 36 dəqiqəlik çıxış edib.

Vigen çıxışının tam yarısını yəni 18 dəqiqə Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkata həsr etməklə daxili siyasi proseslərdən danışıb.

Rəhbərlik etdiyi sahədə çox sayda problem və çatışmazlıqlardan danışmaq əvəzinə Ermənistan müdafiə naziri sanki baş nazir Serj Sarkisyanın vəkili rolunu oynayaraq onu müdafiəsinə dair çıxışlar edib. Vigen Sarkisyan ümumiyyətlə İrəvan küçələrində baş qaldıran narazılıqların səbəbini dərk etmir. O, hakim partiyanın fəaliyyəti, həyata keçirilən islahatlar və tədbirlərdən danışmaqla bir anlığa təmsil etdiyi vəzifəni unudub.

Əldə edilən "naliyyətlər"dən danışan Vigen öz yaşadığı Ermənistanı və küçələrdəki insanların yaşadığı Ermənistanı tam başqa ölkələr olaraq təqdim edib.

Vigen, etiraz nümayişlərinə rəhbərlik edən Nikol Paşinyanla hakimiyyət arasında heç bir qarşılıqlı güzəştin mümkünlüyünü ehtimal etməyib. O, Nikol Paşinyana qırmızı xətti keçməməyi də məsləhət görməyi unutmayıb. Sarkisyan məktəblilərin, azyaşlıların siyasi proseslərə cəlb edilməsini qırmızı xətti keçmək hesab edib.

Bu sözləri isə seçki saxtakarlıqlarını həyata keçirmək məqsədilə inzibati imkanlarından istifadə edilməsi üçün, yalnız seçki ərəfəsində məktəbləri və məktəb direktorlarını yada salan hakim partiyanın üzvünun deməsi gülünc xarakter daşıyır.

Vigen Sarkisyan nümayişlərdə polislərin fəaliyyətini alqışlamağı da unutmayıb. Artıq 100-lərlə saxlanılan var. Saxlanılanlardan 50-dək nümayişçiyə qarşı araşdırmalar başlanılıb.

Vigenin bu çıxışından sonra polislər nümayişçilərə qarşı daha qəddar davranmağa başlayıb. Erməni nümayişçilərin polis şöbələrinə aparılaraq döyülməsi, alçaldılması, təhqir edilməsinə dair mətbuatda çox sayda məlumatlar olduğu qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Etiraz   Zorakılıq  

Ermənistan müdafiə naziri gənclərin döyülməsini alqışlayır

2018/04/Vigen34535_1524306572.jpg
Oxunub: 1421     18:54     21 Aprel 2018    