Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyi və baş qərargahı döyüş növbətçiliyinin həyata keçirilməsi və qoşunların xidmətinin təmin olunması üçün etirazçılara müraciət edib.
Ermənistan müdafiə nazirliyi kütləvi tədbirlərin təşkilatçılarını müdafiə nazirliyinin inzibati binasının ətraf yollarının bağlanmasından, həmçinin müdafiə nazirliyinə məxsus avtomobillərin hərəkətinə maneçilik törədilməsindən çəkinməyə çağırıb.
Alpər Mövludoğlu
Ordu.az