Bakıda polis bölməsində top mərmiləri tapıldı

2018/04/resizer-(4)_1524237195.jpg
Oxunub: 2953     23:08     20 Aprel 2018    
Bu gün saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, üç ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub. Mərmilər götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Bakı  


Bizi "telegram"da izləyin