Pakistanda Azərbaycan "Mushshak"ları - İLK GÖRÜNTÜ

2018/04/6546456546_1524060259.jpg
Oxunub: 2040     21:59     18 Aprel 2018    
Pakistanda Azərbaycan bayrağı ilə təlim təyyarəsi müşahidə edilib.

Ordu.az xəbər verir ki, aprelin 12-də Pakistanda Azərbaycan bayrağı və HHQ nişanı ilə MFI-395 "Super Mushshak" təlim təyyarəsi müşahidə edilib.

Təyyarənin şəkilləri insanların özlərinin çəkdiyi və yerləşdirdiyi Pakistan saytlarında peyda olub.

Məlumata görə, şəkil 12 aprel 2018-ci il tarixdə Pakistanın Kamra şəhəri ətrafında çəkilib.

Təsadüfi deyil ki, "Mushshak" döyüş təlim təyyarələri istehsalı olunan təyyarə istehsalı kompleksi həmin şəhərdə yerləşir.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Pakistan   Mushshak   HHQ  


Bizi "telegram"da izləyin