İcra nümayəndəliyinin binasından qumbara tapıldı

2018/04/17tr-1523973664_1523974090.jpg
Oxunub: 1235     18:07     17 Aprel 2018    
Bu gün saat 10:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu əraziyə göndərilib.

Ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

Teqlər: F-1   ANAMA  

Xəbər lenti

İcra nümayəndəliyinin binasından qumbara tapıldı

2018/04/17tr-1523973664_1523974090.jpg
Oxunub: 1236     18:07     17 Aprel 2018    