Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda "Azadlıq döyüşçüləri İttifaqı" sülh şəraitində həyata keçirilən nümayişləri, xüsusilə gənclərin fəliyyətini, xalqın reallığa qarşı fəallığını dəstəklədiyini bildirib.
İttifaq öz bəyanatında polislər tərəfindən güc tətbiq edilməsinin müşahidə edildiyini qeyd etməklə, bunun qarşısı alınmaz vəziyyətə gətirib çıxaracağına xəbərdarlıq edib.
Bunu nəzərə alaraq, ittifaq hakimiyyət qüvvələrini güc tətbiq edilməsindən çəkinməyə çağırıb.
Alpər Mövludoğlu
Ordu.az