Ermənistan MN-nin kəşfiyyat idarəsinin binası mühasirəyə alınıb

2018/04/18_04_17_1523949845_1523962392.jpg
Oxunub: 2859     14:50     17 Aprel 2018    
İrəvanda etirazçılar dövlət qurumlarının binalarını mühasirəyə alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkə prokurorluğu, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsi, təhsil, mədəniyyət və xaricdə yaşayanlarla iş üzrə nazirlik, Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və daxili təhlükəsizlik baş idarəsinin binası mühasirəyə alınıb.

“Mənim addımım” hərəkatının üzvləri Nikol Paşinyanın bəyanatından sonra hökümət binalarını mühasirəyə almağa davam edirlər.

Nikol Paşinyan mitinqlərin keçirilmə yerinin dəyişdirildiyini, aksiyanın bu gün saat 18:30-da "Respublika" meydanına davam edəcəyini bəyan edib. Paşinyan bildirib ki, bir qrup erməni Moskvadakı Ermənistan səfirliyinə daxil olaraq, orada oturaq aksiya keçirib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   MN   Kəşfiyyat-idarəsi   Etiraz  

Xəbər lenti

Ermənistan MN-nin kəşfiyyat idarəsinin binası mühasirəyə alınıb

2018/04/18_04_17_1523949845_1523962392.jpg
Oxunub: 2860     14:50     17 Aprel 2018    