Ordu.az “Kyodo” agentliyinə istiandən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sindzo Abe özü bildirib.
“Danışıqlarda Şimali Koreyaya onlar raket-nüvə proqramından imtina edənədək maksimal təsirin göstərilməsinin zəruriliyinə dair mövqeyimizi təsdiq etmək istərdim. Nüvəsizləşdirmə tam, yoxlanılan və geri dönüş imkanına şərait yaratmadan həyata keçirilməlidir”, - deyə Abe bəyan edib.
Qeyd edək ki, Yaponiya baş naziri ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın mümkün görüşü öncəsi bir sıra önəmli məsələləri müzakirə etmək üçün Vaşinqtona səfər edir.
Ağalar Qəribov
Ordu.az