Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 14:00 radələrində Tavus vilayətinin Ayqedzor kənd inzibati ərzisinə aid müdafiə təyinatlı dayaq məntəqələrindən birinin yaxınlığında tərəvəz yığarkən mina partlayışı nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Tavus vilayətinin Ayqedzor kənd sakinləri 36 yaşlı C.Nver, 32 yaşlı P.Astğik, 37 yaşlı D.Aram saat 15:50 radələrində "Aiqedzor Sağlamlıq Mərkəzi"nə təxliyyə ediliblər.
"Sağ qolun travmatik amputasiyası" diaqnozu, "sol daban zədəsi yarası" və "sol ayaq pəncəsinin travmatik amputasiyası" ilə hər 3 yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə üzrə Tavus polis idarəsi cinayət işi açıb və istintaq araşdırmalarına başlanılıb.
Qeyd edək ki, Ermənistan-Azərbaycan dövlət sərhəd xəttində baş verən hadisə nəticəsində yaralanan şəxslərin təxribata cəhd edən düşmən diversantlarının olması istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az