Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq Ermənistan müdafiə nazirliyi hərbi komissarlıqların birləşdirilmə konsepsiyasını tətbiq etməyə başlayıb.
Bu proses hərbi komissarlıq sayının azaldılmasını və onların genişlənməsini nəzərdə tutur.
Artıq məlum olub ki, Masis hərbi komissarlığı ləğv edilib və tezliklə Artaşat hərbi komissarlığına birləşdiriləcək. Hərbi komissar Qaqik Manukyan heç bir detal açıqlamasa da, artıq özünün təqaüdə çıxdığını bildirib.
Qeyd edək ki, Ermənistanda "Müdafiə haqqında" yeni qanuna əsasən, hərbi komissarlıqların idarəedilməsi Silahlı Qüvvələrin Baş Qərargahından alınaraq Ermənistan müdafiə nazirliyinə verilir.
Alpər Mövludoğlu
Ordu.az