NATO-Rusiya görüşü hazırlanır: Məkan Bakıdırmı?

2018/04/23172773_10208214025387155_7854374898742535740_n_1523514557.jpg
Oxunub: 1635     14:28     12 Aprel 2018    
“NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin baş komandanı və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi şəxsi görüşə hazırlaşırlar”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Rouz Hötemüller bəyan edib.

Onun sözlərinə görə, artıq tərəflər arasında görüşlə bağlı telefon danşığı da baş tutub.

“Martın 21-də NATO-nun Avropadakı Birləşim Silahlı Qüvvələrinin baş komandanı Körtis Skaparrotti və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov arasında telefon danışığı baş tutub. Bu günlərdə onlar aprelin üçüncü həftəsində şəxsən görüşmək istədiklərini təsdiq ediblər. Hesab edirəm ki, bu, rabitə kanallarının yaxşı işinin sübutu kimi qiymətləndirilə bilər”, - deyə Hötemiller bildirib.

Qeyd edək ki, bu ilin yanvarında nüfuzlu "BuzzFeed" saytı ABŞ və Avropa İttifaqındakı anonim mənbələrə istinadən NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı K. Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi V. Gerasimovun Bakıda görüşəcəyi barədə məlumat yaymışdı.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nato   Rusiya   Bakı  


Bizi "telegram"da izləyin